Prezidentin xüsusi nümayəndəsi: "Ağdamda bərpa işlərini sürətlə həyata keçiririk"

Prezidentin xüsusi nümayəndəsi: "Ağdamda bərpa işlərini sürətlə həyata keçiririk" “İlkin olaraq Ağdam şəhərində minaların təmizlənməsinə başlanılıb. Artıq böyük bir ərazi minalardan təmizlənib. Hazırda bu işlər davam etdirilir”.
Qarabağ
213
4 İyun , 2021 14:11
Prezidentin xüsusi nümayəndəsi: Ağdamda bərpa işlərini sürətlə həyata keçiririk
Emin Hüseynov

“İlkin olaraq Ağdam şəhərində minaların təmizlənməsinə başlanılıb. Artıq böyük bir ərazi minalardan təmizlənib. Hazırda bu işlər davam etdirilir”.

“Report”un Ağdama ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu fikiləri Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi prosesi Ağdam şəhərində quruculuq və bərpa işlərinə mane olmayacaq: “Biz bu işləri tam sürətlə həyata keçiririk”.

Son xəbərlər

Orphus sistemi