Prezidentin köməkçisi: "Düşmən döyüş meydanından qorxaraq qaçır"

Prezidentin köməkçisi: "Düşmən döyüş meydanından qorxaraq qaçır" “Dünən ermənilərin Bərdə şəhərinə hücumu nəticəsinə 21 nəfər həyatını itirib, 70 yaxın insan yaralanıb. Bu, müharibə cinayətidir, hərbi cinayətdir”.
Qarabağ
3647
29 Oktyabr , 2020 11:41
Prezidentin köməkçisi: Düşmən döyüş meydanından qorxaraq qaçır
0 : 00
0 : 00

“Dünən ermənilərin Bərdə şəhərinə hücumu nəticəsinə 21 nəfər həyatını itirib, 70-ə yaxın insan yaralanıb. Bu, müharibə cinayətidir, hərbi cinayətdir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan siyasi-hərbi rəhbərliyi bunu qəsdən və məqsədyönlü şəkildə edir:

“Əgər onların cəsarəti çatsaydı, döyüş meydanında, real hərbi əməliyyatlarda iştirak edərdilər. Döyüş meydanından qorxaraq qaçırlar və mülki insanlara qarşı bu kimi cəsarətsiz addımları həyata keçirirlər”.

Son xəbərlər

Orphus sistemi