İlham Əliyev: Qubadlıda bütün binalar dağıdılıb

İlham Əliyev: Qubadlıda bütün binalar dağıdılıb “Xaricdə yaşayan ermənilər cinayət törədiblər. Bizim torpaqlarımızda xaricdə yaşayan erməniləri gətirib, məskunlaşdırıblar. Xanlıq qəsəbəsində azərbaycanlıların evlərini söküb, ondan sonra ermənilər üçün evlər tikiblər.
Qarabağ
23 Dekabr , 2020 23:49
İlham Əliyev: Qubadlıda bütün binalar dağıdılıb
İlham Əliyev və Mehriban Əliyeva
0 : 00
0 : 00

“Xaricdə yaşayan ermənilər cinayət törədiblər. Bizim torpaqlarımızda xaricdə yaşayan erməniləri gətirib, məskunlaşdırıblar. Xanlıq qəsəbəsində azərbaycanlıların evlərini söküb, ondan sonra ermənilər üçün evlər tikiblər.

Bu da bizim qəhrəman əsgərlərimizin adları. Öz adlarını yazıblar bu evlərin üzərində. Biləsuvar, Şabran, Sabirabad, Şuşa, Oğuz.

Qanunsuz məskunlaşma budur. Bu da ermənilərin növbəti maşınları”.

“Report” xəbər verir ki, bu sözləri Qubadlı rayonunun Xanlıq kəndinə səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Hər şeyi yenidən quracağıq, yolları da, bütün digər infrastruktur layihələrini yenidən quracağıq", - Azərbaycan Prezidenti qeyd edib.

“Baxın, Qubadlı şəhərini nə günə qoyub düşmən. Bütün binalar dağıdılıb. Ancaq özləri üçün hərbi hissə tikiblər. Baxın, bu da Qubadlı şəhəri. Şəhərin girəcəyində ermənilər hərbi baza tikiblər.

Gün də çıxdı. Təbiət də bizi alqışlayır, salamlayır. Sahibləri gəlib bu torpağa.

Görün nə gündədir Qubadlı şəhəri. Nə günə qoyub düşmən bizim şəhərimizi”, - bu sözləri isə dövlət başçısı Qubadlı şəhərində deyib.

Dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram hesabında paylaşıb.

Son xəbərlər

Orphus sistemi