Dövlət başçısı: "Biz uzun illər sürən işğala son qoyduq"

Dövlət başçısı: "Biz uzun illər sürən işğala son qoyduq" "Bu gün Türkiyə-Azərbaycan tarixində çox əlamətdar bir gündür, önəmli bir gündür. Bu gün biz birlikdə Zəfər paradını seyr edərkən bir-birimizi təbrik etdik. Bu Zəfər münasibətilə xalqlarımızı təbrik etdik".
Qarabağ
10 Dekabr , 2020 21:18
Dövlət başçısı: Biz uzun illər sürən işğala son qoyduq
İlham Əliyev

"Bu gün Türkiyə-Azərbaycan tarixində çox əlamətdar bir gündür, önəmli bir gündür. Bu gün biz birlikdə Zəfər paradını seyr edərkən bir-birimizi təbrik etdik. Bu Zəfər münasibətilə xalqlarımızı təbrik etdik".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dekabrın 10-da sənədlərin imzalanması mərasimindən sonra mətbuata birgə bəyanatlarla çıxış edərkən bildirib.

Azərbaycan Prezidenti deyib:

"Bu tarixi Zəfər bizim birliyimizin təcəssümüdür. Türkiyə və onun Cümhurbaşqanı müharibənin ilk saatlarından Azərbaycana, Azərbaycan xalqına öz dəstəyini göstərmişdir. Onun bəyanatları həm Azərbaycan xalqı üçün çox dəyərli, qiymətli idi, eyni zamanda, bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tək deyil, Azərbaycana heç kimsə maneə olmasın, Azərbaycan haqq davasına çıxıbdır, Vətən savaşına çıxıbdır və Türkiyə Azərbaycanın yanındadır. Bu mesaj, əslində, həmrəyliyin bir təcəssümü idi, onu göstərdi ki, Azərbaycan öz haqlı davasında haqlıdır.

Biz tarixi ədaləti bərpa etdik. Biz uzun illər sürən işğala son qoyduq. Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırırdı, bizə əlavə güc verirdi. Biz gücdən istifadə edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdik".

Son xəbərlər

Orphus sistemi