Prezident İlham Əliyev həmsədrləri qəbul edib - ƏLAVƏ OLUNUB

Prezident İlham Əliyev həmsədrləri qəbul edib - ƏLAVƏ OLUNUB Dövlət başçısı Azərbaycanın bu münaqişənin tezliklə həllində maraqlı olduğunu bildirib
Qarabağ
7 Oktyabr , 2017 10:54
Prezident İlham Əliyev həmsədrləri qəbul edib - ƏLAVƏ OLUNUB
president.az

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan yeni həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.


***

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi, gələcək yüksək səviyyəli görüş haqqında söhbət aparılıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri Endrü Şoferi qəbul edib.

Endrü Şoferə fəaliyyətində uğurlar arzulayan dövlət başçısı ABŞ-dan olan əvvəlki həmsədrlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində digər həmsədrlərlə birgə səylərini əsirgəmədiklərini bildirərək münaqişənin həllinə indiyədək nail olunmadığını təəssüflə qeyd edib və deyib ki, buna səbəb Ermənistanın status-kvonu dəyişməz olaraq saxlamağa çalışması, işğal olunmuş torpaqlarımızdan çıxmaması və Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə məhəl qoymamasıdır. Hazırda danışıqlar prosesinin bərpa olunduğunu deyən Prezident İlham Əliyev beynəlxalq hüququn normalarına əsaslanan ədalətli həll yolunun tapılması istiqamətində konstruktiv işlər görüldüyünü qeyd etdi, Azərbaycanın bu münaqişənin tezliklə həllində maraqlı olduğunu bildirdi.

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Dövlət Departamentinin rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı. Endrü Şofer vurğuladı ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir və buna görə də münaqişənin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həlli istiqamətində aparılan prosesdə səylərini əsirgəməyəcəklər.

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Dövlət Departamentinin rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Amerika Birləşmiş Ştatlarının Prezidentinə və Dövlət Departamentinin rəhbərliyinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi