Prezident: “Ermənistanın baş naziri uçduğu göylərdən yerə qayıtsa, danışıqlara hazırıq”

Prezident: “Ermənistanın baş naziri uçduğu göylərdən yerə qayıtsa, danışıqlara hazırıq” “Biz sülh danışıqlarının tərəfdarıyıq”.
Qarabağ
5205
9 Oktyabr , 2020 21:54
Prezident: “Ermənistanın baş naziri uçduğu göylərdən yerə qayıtsa, danışıqlara hazırıq”
İlham Əliyev

“Biz sülh danışıqlarının tərəfdarıyıq”.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “CNN International” televiziya kanalına müsahibəsində danışıb.

Dövlət başçısı bildirib: “İcazə versəniz, sizə cəmi iki misal gətirərdim. Azərbaycan danışıqlar masasında konstruktiv tərəfdaşdır. Biz düşünürük ki, ABŞ, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış prinsiplər həll üçün əsas olmalıdır. Ermənistanın baş naziri bunları rədd edir. Çünki Ermənistanda hakimiyyətdə olan və mənim danışıqlar apardığım şəxs prezident deyil, baş nazirdir. Beləliklə, o dedi ki, “Qarabağ Ermənistandır”. Bu, danışıqları mənasız edir.

Siz necə “Qarabağ Ermənistandır” deyə və əraziləri geri qaytarmaqla bağlı danışıqlar apara bilərsiniz? O dedi ki, Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatın dəyişməsidir. Əgər Ermənistanın baş naziri uçduğu göylərdən yerə qayıtsa, biz danışıqlara hazırıq”.

Son xəbərlər

Orphus sistemi