Prezident: “Beynəlxalq reytinqlər Azərbaycan ordusunun gücünü əks etdirir”

Prezident: “Beynəlxalq reytinqlər Azərbaycan ordusunun gücünü əks etdirir” “Bütün beynəlxalq qurumlar Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Tarixi əsaslar da bizim mövqeyimizi gücləndirir"
Qarabağ
8 Fevral , 2018 14:13
Prezident: “Beynəlxalq reytinqlər Azərbaycan ordusunun gücünü əks etdirir”

Bakı. 8 fevral. REPORT.AZ/ “Bütün beynəlxalq qurumlar Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Tarixi əsaslar da bizim mövqeyimizi gücləndirir".

“Report”un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında partiyanın sədri, Prezident İlham Əliyev deyib.

Prezident qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir: "Heç vaxt imkan verə bilmərik ki, Azərbaycan toropaqlarında ikinci erməni dövləti yaradılsın. Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Təcrid siyasəti torpaqlarımız işğaldan azad etdirilənədək davam edəcək. Beynəlxalq reytinqlər Azərbaycan ordusunun gücünü əks etdirir”.

Son xəbərlər

Orphus sistemi