Prezident: "Azərbaycan vətəndaşları Şuşaya rahat gedəcəklər"

Prezident: "Azərbaycan vətəndaşları Şuşaya rahat gedəcəklər" Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunan Şuşa şəhərinə Prezident İlham Əliyevlə birlikdə səfərləri ilə bağlı növbəti paylaşım edib.
Qarabağ
15 Yanvar , 2021 12:26
Prezident: Azərbaycan vətəndaşları Şuşaya rahat gedəcəklər
İlham Əliyev

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunan Şuşa şəhərinə Prezident İlham Əliyevlə birlikdə səfərləri ilə bağlı növbəti paylaşım edib.

"Report" xəbər verir ki, paylaşımdakı görüntü yeni salınan yol ilə bağlı olub.

"Burada heç vaxt yol olmayıb. Qəhrəman hərbçilərimiz bu ərazilərdən keçib. Biz isə indi cəmi iki ay ərzində bu yolu açmışıq. Sonra əlbəttə ki, bu yol genişləndiriləcək və asfalt döşənəcək. Azərbaycan vətəndaşları rahat Şuşaya gedəcəklər",- prezident bildirib.

Son xəbərlər

Orphus sistemi