Prezident İlham Əliyev: "Qarabağ münaqişəsinin yaratdığı problemlərə baxmayaraq Azərbaycan sürətlə inkişaf edir"

Prezident İlham Əliyev: "Qarabağ münaqişəsinin yaratdığı problemlərə baxmayaraq Azərbaycan sürətlə inkişaf edir" Prezident İlham Əliyev V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında Azərbaycanın həyata keçirdiyi nəhəng layihələrdən də danışıb.
Qarabağ
2 May , 2019 13:58
Prezident İlham Əliyev: Qarabağ münaqişəsinin yaratdığı problemlərə baxmayaraq Azərbaycan sürətlə inkişaf edir

Prezident İlham Əliyev V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında Azərbaycanın həyata keçirdiyi nəhəng layihələrdən də danışıb.

"Report"un xəbərinə görə, dövlət başçısı boru kəmərləri vasitəsilə Xəzər dənizinin Qara dənizlə birləşdiyini, Avropanın enerji təhlükəsizliyinə xidmət edən bu kəmərlərin, həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq nəqliyyat dəhlizlərinin həm də ölkələr və xalqlar arasında arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini deyib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib və bu münaqişənin yaratdığı problemlərə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyini söyləyib. 

Dövlət başçısı Forumun işinə uğurlar arzulayıb və müzakirələrin səmərəli olacağına əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi