Polşa prezidenti: "Qarabağda münaqişə yalnız sülh yolu ilə nizama salına bilər"

Polşa prezidenti: "Qarabağda münaqişə yalnız sülh yolu ilə nizama salına bilər" "Polşanın bu məsələ ilə bağlı mövqeyi dəyişməz qalıb"
Qarabağ
20 Sentyabr , 2017 14:00
Polşa prezidenti: Qarabağda münaqişə yalnız sülh yolu ilə nizama salına bilər

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Qarabağda münaqişə yalnız sülh yolu ilə nizama salına bilər".

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bunu Polşa prezidenti Andjey Duda BMT-nin 72-ci Baş Assambleyası çərçivəsində Ermənistan prezidenti Serj Sarqsyanla görüşdə deyib.

"Polşanın bu məsələ ilə bağlı mövqeyi dəyişməz qalıb. Əminik ki, münaqişə sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində nizama salınmalıdır", - Polşa dövlət başçısı bildirib. 

Son xəbərlər

Orphus sistemi