Ekspert: "Dünya liderləri Ermənistanın dinc sakinlərə hücumlarını pisləməlidir"

Ekspert: "Dünya liderləri Ermənistanın dinc sakinlərə hücumlarını pisləməlidir" “Ermənistan əvvəlcə Dağlıq Qarabağdakı döyüş bölgəsindən uzaqdakı şəhərləri atəşə tutduğunu inkar etsə də, buna dair video sübutlarını gördük".
Qarabağ
2163
16 Oktyabr , 2020 10:37
Ekspert: Dünya liderləri Ermənistanın dinc sakinlərə hücumlarını pisləməlidir
0 : 00
0 : 00

“Ermənistan əvvəlcə Dağlıq Qarabağdakı döyüş bölgəsindən uzaqdakı şəhərləri atəşə tutduğunu inkar etsə də, buna dair video sübutlarını gördük. Bu məsələyə dair dünyanın daha çox liderləri tərəfindən maraq göstərməsi, bunu pisləmələri mühüm olardı”.

Bu fikirləri “Report”a açıqlamasında kanadalı ekspert Maykl Geller (Michael Geller) Ermənistan ordusu tərəfindən Azərbaycanın Gəncə və s. dinc şəhərlərini atəşə tutulmasına münasibət bildirərək dilə gətirib.

“Dünyanın əksər hissəsi üçün Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan və Ermənistan çox uzaq məfhumlardır. Lakin tarixdə irimiqyaslı münaqişələrin məhz ucqarlarda başlamasına dair misallar var. Məsələn, birinci dünya müharibəsi buna nümunədir”, – politoloq qeyd edib.

“Məsələn, Birləşmiş Ştatlar da Donald Tramp dövründə bəzi beynəlxalq məsələlərə dair çılğınlıq edib. Hazırda ABŞ-da prezident seçki kampaniyasının qızğın vaxtıdır, COVID-19 pandemiyası və səsvermə qaydası nəzərə alınsa nəticələrin bəlli olması vaxt apara bilər. Ümidvaram ki, gələn ay Trampın prezidentliyi başa çatsın, Ağ Evə daha praqmatik rəhbərlər gəlsin”, – ekspert fikrini bildirib.

Xatırladaq ki, Ermənistan ordusu tərəfindən Azərbaycanın dinc şəhər və qəsəbələrin atəşə tutulması nəticəsində 43 mülki sakin həlak olub, 218 nəfər də yaralanıb, 290 mülki tikili, 79 çoxmənzilli yaşayış binası və 1 592 ev yararsız hala düşüb.

Son xəbərlər

Orphus sistemi