Politoloq: "Beynəlxalq təsisatlar Ermənistandan izahat tələb etməlidirlər"

Politoloq: "Beynəlxalq təsisatlar Ermənistandan izahat tələb etməlidirlər" “Əsas məsələ ondan ibarətdir ki, Ermənistan qeyri-səmimidir. Düşmən bizimlə “xəritə oyunu” oynayır”.
Qarabağ
9 Dekabr , 2021 17:10
Politoloq: Beynəlxalq təsisatlar Ermənistandan izahat tələb etməlidirlər

“Əsas məsələ ondan ibarətdir ki, Ermənistan qeyri-səmimidir. Düşmən bizimlə “xəritə oyunu” oynayır”.

Bunu “Report”a açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə deyib.

“Minalı ərazilərin xəritəsinin verilməsi ilə bağlı İrəvana dəfələrlə çağırış edilib. Düşmən ayrı-ayrı vaxtlarda bizə saxta, qeyri-dəqiq xəritələr təqdim edib. Beləliklə, istər-istəməz xəritələrin səhihliyinə olan inamımız da azalır. Başqa sözlə desək, xəritələrin verilməsi önəmini itirir. Əlbəttə, saxta kağız parçası bizə lazım deyil. Deməli, erməni terrorçu-diversantları ilə minalı ərazilərin xəritəsinin mübadiləsi prosesi davamlı ola bilməz. Fikrimcə, biz növbəti addımlarımızı daha sərt atmalıyıq. İkincisi isə bu məsələ vasitəçilik missiyasını öhdəsinə götürən beynəlxalq təsisatları da narahat etməlidir. Onlar başa düşməlidir ki, ermənilərin təxribatlarına göz yummaqla özlərinin də vasitəçilik missiyası kölgədə qalır. Beynəlxalq təsisatlar vasitəçiliklərində səmimidirlərsə, qeyri-konstruktiv addımlarına görə Ermənistandan izahat tələb etməlidirlər. Bu mənada biz təkcə düşmənə təzyiq göstərməklə kifayətlənməməli, vasitəçilərlə də dialoqlar aparmalıyıq” - o bildirib.

İlqar Vəlizadə
İlqar Vəlizadə

Politoloq düşünür ki, belə pozuculuq fəaliyyətləri Ermənistan daxilindəki ikitirəliyin göstəricisidir: “Ermənistan normal dövlət deyil. Dövlət rəhbərliyi ölkədə gedən proseslərə cavabdehlik edə bilmir. Eyni zamanda daxildə müxtəlif radikal qruplaşmalar var. Bu mənada düşmən ölkədə daxili siyasi vəziyyət sabitləşdikdən sonra “suların durulacağına” ümid edə bilərik. Ermənistanın Baş naziri Nikol Paşinyanın hər addımında məsləhətləşmələr aparması, məsuliyyəti bölüşməyə çalışması dediklərimizin bariz nümunəsidir. Ancaq bütün hallarda daxili xaos Ermənistanın öz problemidir. Biz daha cəsarətli olmalıyıq. İrəvan isə daha məsuliyyətli addımlar atmalıdır. Düşmənin müxtəlif bəhanalərinə yer yoxdur”.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-dan indiyədək işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub. 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bu, Ermənistanın terrorçu niyyətinin bariz nümunəsidir.

Son xəbərlər

Orphus sistemi