Politoloq: “Azərbaycana qarşı təxribat Paşinyan üçün növbəti problemdir”

Politoloq: “Azərbaycana qarşı təxribat Paşinyan üçün növbəti problemdir” "Ümid edirəm ki, yeni nazirimiz erməni həmkarı və ATƏT MQ həmsədrləri ilə sərt danışıqlar prosesinə başlayacaq”
Qarabağ
1402
18 İyul , 2020 17:02
Politoloq: “Azərbaycana qarşı təxribat Paşinyan üçün növbəti problemdir”

“Ermənistanın baş naziri Nikol Paşinyan özü üçün çox sayda problem yaradıb”.

Bu sözləri “Report”a açıqlamasında “Atlas” Araşdırma Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonundakı hissəsində Ermənistanın törərtdiyi təxribata münasibət bildirərkən deyib.

“Birincisi, koronavirusa qarşı uğursuz mübarizə, ikincisi, Paşinyanın əsas rəqibi həbsxanadan azad ediləndən sonra müxalifət ona qarşı qruplaşmağa başlayıb və son olaraq Azərbaycana qarşı təxribat törədərək özünə başqa bir problem yaratdı. Çünki Azərbaycan Ordusu bu təcavüzü cavabsız qoymadı”, - o bildirib.

Politoloq qeyd edib ki, Qarabağ istiqamətində anti-terror əməliyyatına başlamağın vaxtı çatıb: “Prezidentin özü də hökumətin iclasında çıxış edərək danışıqların heç bir nəticə vermədiyini söylədi. Xarici İşlər nazirləri arasında iki uğursuz onlayn konfrans keçirilib. Onlar, ümumiyyətlə, nəyə lazım idi? Orada niyə koronavirusla mübarizə məsələsi müzakirə edilib?”

Bununla yanaşı, E.Şahinoğlu bütün bu müddət ərzində Dağlıq Qarabağ probleminin həll olunmadığını vurğulayıb.

“Nikol Paşinyan işğal olunmuş Şuşanı ziyarət edir və orada qondarma andiçmə mərasimi keçirir. Bunlar hamısı təxribatlardır. Ümid edirəm ki, Azərbaycanın yeni naziri erməni həmkarı və ATƏT-in Minsk qrupu həmsədrləri ilə sərt danışıqlar prosesinə başlayacaq”, - politoloq söyləyib.

Son xəbərlər

Orphus sistemi