Peskov: "Qarabağın kimə məxsus olduğu BMT qətnamələrində öz əksini tapıb"

Peskov: "Qarabağın kimə məxsus olduğu BMT qətnamələrində öz əksini tapıb" Bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov söyləyib.
Qarabağ
3609
4 Dekabr , 2020 14:35
Peskov: Qarabağın kimə məxsus olduğu BMT qətnamələrində öz əksini tapıb
0 : 00
0 : 00

“Dağlıq Qarabağın kimə məxsus olduğu BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapıb”.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O vurğulayıb ki, Rusiya bununla bağlı mövqeyini dəyişməyib: “Ümumiyyətlə, heç bir ölkə mövqeyini dəyişməyib".

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib.

Həmin qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü tanınıb və işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb edilib.

Son xəbərlər

Orphus sistemi