Patruşev KTMT-nin erməni şura sədri ilə Qarabağı müzakirə edib

Patruşev KTMT-nin erməni şura sədri ilə Qarabağı müzakirə edib Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya Regional Akademiyası Şurasının (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı-Avrasiya İqtisadi İttifaqı) Ermənistandakı rəhbəri Artur Baqdasaryanla görüşüb.
Qarabağ
1258
27 Noyabr , 2020 16:57
Patruşev KTMT-nin erməni şura sədri ilə Qarabağı müzakirə edib
Nikolay Patruşev

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya Regional Akademiyası Şurasının (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı-Avrasiya İqtisadi İttifaqı) Ermənistandakı rəhbəri Artur Baqdasaryanla görüşüb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı KTMT-nin Ermənistandakı akademiyasının mətbuat xidməti yayıb.

Moskvada keçirilən görüşdə Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət və iki ölkə arasında münasibətlərin genişləndirilməsi məsələsi müzakirə olunub.

N.Patruşev və A.Baqdasaryan Qarabağda atəşkəs, sərhədlərin demarkasiyası, əsirlərin qaytarılması, itkin düşənlərin axtarışı və abidələrin qorunmasına dair məsələləri müzakirə ediblər.

Qeyd edək ki, A.Baqdasaryan Ermənistandakı Fransa Universiteti Şurasının sədridir. O, 2018-ci ildə keçirilən parlament seçkilərindəki məğlubiyyətdən sonra siyasətdən getdiyini bildirmişdi.

Qeyd edək ki, Rusiyanın Ermənistanın baş naziri postuna namizədləri siyahısında onun da adının olduğu ehtimal olunur.

N.Patruşev isə Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş direktorudur.

Son xəbərlər

Orphus sistemi