Patriarx Kirill: "Qarabağ münaqişəsi tərəfləri barışığa doğru və qaçqınların geri qaytarılması üzrə addımlar atmalıdır"

Patriarx Kirill: "Qarabağ münaqişəsi tərəfləri barışığa doğru və qaçqınların geri qaytarılması üzrə addımlar atmalıdır" "Dini liderlərin rolu münaqişə tərəflərini qan tökülməsinə son qoymağa çağırmaqdan ibarətdir"
Qarabağ
8 Sentyabr , 2017 17:50
Patriarx Kirill: Qarabağ münaqişəsi tərəfləri barışığa doğru və qaçqınların geri qaytarılması üzrə addımlar atmalıdır

Moskva. 8 sentyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət tərəflər arasında etimad tədbirlərinin gücləndirilməsi üçün tədbirlər işləyib hazırlamağı tələb edir".

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Moskva və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan və Ermənistan dini liderləri ilə Moskvadakı görüşündə deyib.

Onun sözlərinə görə, görüş zamanı tərəflər münaqişənin həlli üzrə qarşılıqlı anlayış və eyni baxışı əks etdirəcək müəyyən razılıqlar əldə edə, birgə mətn hazırlaya biləcəklər: "Xoş məramımızı və Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək istəyimizi yüksək qiymətləndirirəm. Görüşün özü xalqlarımızın hazırlığını, dinlərimizin sülhməramlı potensialını göstərir. Davam edən faciəli münaqişədən kənarda qalmaq çətindir. Hərbi əməliyyatlar nəticəsində insanların ölməsi əzab və acı verir. Bu hadisələr yenidən günahsızları müdafiə etməklə bağlı səsimizi qaldırmağa təşviq edir".

Onun sözlərinə görə, dini liderlərin rolu münaqişə tərəflərini dinc insanların həyatını qorumaq üçün qan tökülməsinə son qoymağa çağırmaqdan və barışığa, qaçqınların geri qaytarılmasına və onların təhlükəsizliyinin təmin edilməsinə aparan konkret addımlar atmaqdan ibarətdir. 

Son xəbərlər

Orphus sistemi