Paskal Mönye: "Fransa separatizmi dəstəkləmək niyyətində deyil"

Paskal Mönye: "Fransa separatizmi dəstəkləmək niyyətində deyil" Fransa separatçılarla bir sıra fransız merləri arasında imzalanan müqavilələrin qanuniliyini yoxlayacaq
Qarabağ
27 May , 2015 17:05
Paskal Mönye: Fransa separatizmi dəstəkləmək niyyətində deyil

Bakı. 27 may. REPORT.AZ/ "Son illər Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çoxlu layihə təklif edib. Bunu unutmaq lazım deyil. Digər tərəfdən, mən Azərbaycanın bununla bağlı narahatlığını başa düşürəm. Fransa separatizmi dəstəkləmək niyyətində deyil".

"Report" xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın Fransaya səfəri və bir sıra müqavilələrin imzalanması məsələsini şərh edərkən bildirib. 

Səfir əlavə edib ki, Senatda yaradılan Azərbaycan-Fransa qrupu Fransa hökumətinə Fransanın bir sıra şəhərlərinin merləri və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri arasında imzalanan müqavilələrin qanuniliyini yoxlamağa dair sorğu göndərib.

Son xəbərlər

Orphus sistemi