Parlamentin komitə sədri: “Ermənistanda proseslər başqa müstəviyə keçib və bir-biri ilə mübarizəyə başlayıblar”

Parlamentin komitə sədri: “Ermənistanda proseslər başqa müstəviyə keçib və bir-biri ilə mübarizəyə başlayıblar” Bakı. 14 sentyabr. REPORT.AZ/ “Cənubi Qafqaz regionu vacib və əhəmiyyətli dövrünü yaşayır. Ermənistanın məsuliyyətsiz rəhbərliyinin bəyanatlarını nəzərə alsaq, bu qənaətə gəlmək olar”.
Qarabağ
14 Sentyabr , 2018 12:59
Parlamentin komitə sədri: “Ermənistanda proseslər başqa müstəviyə keçib və bir-biri ilə mübarizəyə başlayıblar”
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 14 sentyabr. REPORT.AZ/ “Cənubi Qafqaz regionu vacib və əhəmiyyətli dövrünü yaşayır. Ermənistanın məsuliyyətsiz rəhbərliyinin bəyanatlarını nəzərə alsaq, bu qənaətə gəlmək olar”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı mövcud nümayəndə heyətinin tərkibi dəyişir, çünki əsas heyət əvvəlki hakimiyyətin dövründə formalaşdırılıb: “Həmin deputatlar da çalışırlar ki, hansısa formada ölkənin rəhbəri Nikol Paşinyanın müəyyən edəcəyi tərkibdə təmsil olunsunlar. Ona görə də Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı demək istədiyi və dediyi sözləri təkrar edirlər. Bu da gülünc bir vəziyyətə gətirib çıxarır. Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verib, sənədin içərisində tamamilə məntiqsiz ifadələr mövcuddur”.

Komitə sədri qeyd edib ki, Ermənistanın daxilində gedən proseslər başqa müstəviyə keçib, onlar bir-biri ilə mübarizəyə başlayıblar: “Paşinyan hökuməti nüfuzdan düşüb, bir qədər sonra onun yalnız regionda deyil, dünyada və beynəlxalq səviyyədə nüfuzdan düşəcəyinin də canlı şahidi olacağıq”.

S.Seyidov vurğulayıb ki, bütün dünya, o cümlədən Avropa Şurasının özü də Dağlıq Qarabağın Azərbaycana aid olması ilə bağlı konkret qətnəmələr qəbul ediblər, heç kəs bunu inkar edə bilməz.

Son xəbərlər

Orphus sistemi