İlham Əliyevlə görüşdən sonra Fransa prezidenti həmçinin Ermənistanın prezidenti Serj Sarqsyanla da görüşüb.
Paris vaxtı ilə saat 18.00-da (Bakı vaxtı ilə saat 21.00-da) Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair üçtərəfli görüşü keçiriləcək.
Saat 20.00-da (Bakı vaxtı ilə saat 23.00-da) dövlət başçıları iş yeməyinə qatılacaqlar.