Pakistanlı jurnalist: “İnanıram ki, dünya ictimaiyyəti Gəncədə yaşananlara ciddi reaksiya verəcək”

Pakistanlı jurnalist: “İnanıram ki, dünya ictimaiyyəti Gəncədə yaşananlara ciddi reaksiya verəcək” “Müharibənin Azərbaycanın Gəncə şəhərində yaratdığı mənzərə məni çox təəccübləndirdi”.
Qarabağ
29 May , 2021 18:09
Pakistanlı jurnalist: “İnanıram ki, dünya ictimaiyyəti Gəncədə yaşananlara ciddi reaksiya verəcək”

“Müharibənin Azərbaycanın Gəncə şəhərində yaratdığı mənzərə məni çox təəccübləndirdi”.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, bu sözləri pakistanlı jurnalist və bloger Şaxab Umddin Maxdum Vətən müharibəsi zamanı Gəncədə mülki əhalinin həlak olduğu ərazini ziyarət edən zaman bildirib.

“Burada yaşananlar məni çox təəccübləndirdi, baş vermiş olayları gəlib burada daha dəqiq öyrəndim. Müharibədə mülki əhalinin atəşə tutulması və onları qətlə yetirmək qəbulolunmazdır. İnanıram ki, dünya ictimaiyyəti, dünya siyasətçiləri burada yaşananlara ciddi reaksiya verəcəklər”- deyə o, qeyd edib.

Şaxab Umddin Maxdum
Şaxab Umddin Maxdum

Son xəbərlər

Orphus sistemi