“Dünya ictimaiyyətinin Azərbaycanın azad edilmiş ərazilərində görə biləcəyimiz dağıntıların hər hansı başqa ölkədə təkrarlanmaması üçün tədbirlər görməsi çox vacibdir”.
“Report” xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye bildirib.
“Azərbaycanın azad edilmiş ərazilərinin bir çoxunda olmuşam və bu ərazilərdəki bütün dağıntıları görmüşəm”, - səfir deyib.
Onun sözlərinə görə, insanlar tərəfindən törədilən bu cür ekoloji cinayətlərin və istənilən digər dağıntıların təkrarlanmaması çox vacibdir.