Pakistan parlamentinin komitəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamə qəbul edib

Pakistan parlamentinin komitəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamə qəbul edib Sənəddə həmçinin Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar qəbul edilmiş BMT-nin 4 qətnaməsinin həyata keçirilməsi üçün çağırış da var
Qarabağ
3 Fevral , 2017 12:37
Pakistan parlamentinin komitəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamə qəbul edib

Bakı. 3 fevral. REPORT.AZ/ Pakistan Milli Assambleyasının (parlament) Xarici Əlaqələr Daimi Komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyən qətnamə qəbul edib.

"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, sənəd Komitə üzvlərinin görüşü zamanı qəbul edilib.

Qətnamədə ermənilərin Xocalıda törətdiyi soyqırımı da pislənilir.

Komitə beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini təsdiqləyib.

Sənəddə həmçinin Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar qəbul edilmiş BMT-nin 4 qətnaməsinin həyata keçirilməsi üçün çağırış da var.

Eyni zamanda, Pakistan parlamentinin komitəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyini də bəyan edib.

Son xəbərlər

Orphus sistemi