PA rəsmisi: "Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur"

PA rəsmisi: "Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur" Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi fikri var.
Qarabağ
17 Sentyabr , 2019 13:03
PA rəsmisi: Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur

"Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi fikri var".

Bu barədə "Report"un sualını cavablandırarkən Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bunu, sadəcə, görüş adlandırmaq olar: "Çünki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə, gördüyümüz kimi, Ermənistan tərəfindən ciddi zərbələr vurulur və danışıqlar prosesinin pozulması üçün təxribatçı addımlar atılır. Bu baxımdan qarşıdakı görüşdə də Azərbaycanın mövqeyi həmsədrlərə, Ermənistan tərəfinə - xüsusən də Ermənistan tərəfinin səsləndirdiyi bu destruktiv açıqlamaların fonunda çatdırılacaq.

H.Hacıyev əlavə edib ki, görüşün vaxtı tərəflər arasında razılaşdırıldıqdan sonra XİN səviyyəsində ictimaiyyətə açıqlama veriləcək.

Son xəbərlər

Orphus sistemi