Azərbaycan qəbiristanlıqların dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara hesabat təqdim edəcək

Azərbaycan qəbiristanlıqların dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara hesabat təqdim edəcək Ombudsman Səbinə Əliyeva işğaldan azad olunmuş Füzuli rayonundakı qəbiristanlıqların işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılması ilə bağlı faktaraşdırıcı missiya həyata keçirir.
Qarabağ
19 Dekabr , 2021 14:16
Azərbaycan qəbiristanlıqların dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara hesabat təqdim edəcək

Ombudsman Səbinə Əliyeva işğaldan azad olunmuş Füzuli rayonundakı qəbiristanlıqların işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılması ilə bağlı faktaraşdırıcı missiya həyata keçirir.

Bu barədə "Report" Ombudsman Aparatına istinadən xəbər verir.

Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə ölkəmizə qarşı ağır artilleriya qurğularından, qadağan olunmuş silahlardan istifadə edilməsi nəticəsində, eləcə də birbaşa qəsdlə Füzuli rayonunda da bütün mülki obyektlər, yaşayış məntəqələri, tarixi-mədəni, dini abidələr, hətta soydaşlarımızın dəfn olunduğu qəbiristanlıqlar da amansızcasına dağıdılib.

Faktaraşdırıcı səfər çərçivəsində Füzuli şəhəri və rayonun Qaraxanbəyli, Dədəli, Kürdlər kənd qəbiristanlıqlarının vəziyyəti ilə bağlı monitorinq aparılıb. Yerində araşdırmaların nəticələrinə dair hesabat hazırlanaraq, beynəlxalq və regional təşkilatlara göndəriləcək.

Son xəbərlər

Orphus sistemi