Elmar Məmmədyarov: "Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi razılaşdırılıb"

Elmar Məmmədyarov: "Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi razılaşdırılıb" Azərbaycanın xarici işlər naziri: "Görüşdə siyasi qərar qəbul olunmalıdır"
Qarabağ
6 Sentyabr , 2017 13:13
Elmar Məmmədyarov: Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi razılaşdırılıb
Report.az/ Elşən Baba

Bakı. 6 sentyabr. REPORT.AZ/ "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü razılaşdırılıb, lakin hələlik dəqiq tarix bilinmir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

O, görüşün vasitəçilər - ATƏT-in Minsk qrupunun həmsədrləri ilə razılaşdırıldığını xatırladıb: "Hələlik gözləyirik. Ola bilsin görüş Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyasının açılışı çərçivəsində keçirilsin". 

Azərbaycan XİN başçısının sözlərinə görə, görüşdə siyasi qərar qəbul edilməlidir: "Dəfələrlə dediyimiz kimi, əvvəlcə Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaq lazımdır".

E.Məmmədyarov BMT Baş Assambleyasının sessiyasının gündəliyində Azərbaycanın və GUAM ölkələrinin işğal olunmuş ərazilərinə dair iki qətnamənin əksini tapdığını da xatırladıb.

Son xəbərlər

Orphus sistemi