Nyu-York küçələrində Xocalı dəhşətinin fotoşəkilləri nümayiş olunur

Nyu-York küçələrində Xocalı dəhşətinin fotoşəkilləri nümayiş olunur ABŞ-ın Nyu-York şəhərinin sakinləri Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırılıb
Qarabağ
27 Fevral , 2021 03:08
Nyu-York küçələrində Xocalı dəhşətinin fotoşəkilləri nümayiş olunur

Üzərində bəşər tarixinin ən dəhşətli hadisəsi olan Xocalı soyqırımı haqqında həqiqətlərin, tarixi faktların əks olunduğu rəqəmsal plakatların olduğu xüsusi avtomobillər gün ərzində ABŞ-ın Nyu-York şəhərinin mərkəzi küçələrini və meydanlarını dolaşıb, sakinləri Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırıb.

“Report”un yerli bürosu xəbər verir ki, məlumatlandırma kampaniyası Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

“Xocalıya ədalət” (Justice for Khojaly) mesajının yazıldığı rəqəmsal plakatlarda, eyni zamanda qanlı qırğının günahsız qurbanlarının, xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların, qocaların və 29 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər nümayiş olunub.

Nəqliyyat vasitələri Nyu-Yorkun böyük iş mərkəzlərinin eləcə də, BMT-nin Nyu-Yordakı baş qərargah binasının və Ermənistanın BMT-dəki daimi nümayəndəlik binasının önündən dayanıb, günün bütün saatlarında insanların sıx olduğu “Times” meydanında dövrə vurub.

Bu fəaliyyət ABŞ-ın yerli mediasının, ictimaiyyətinin diqqətini cəlb edib. Onlar maşınlara yaxınlaşıb, baş verənlər haqqında maraqlanıblar. Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ercan Yerdərəli yerli sakinlərə və turistlərə Xocalıda ermənilərin törətdiyi cinayət haqqında məlumatlar verib. Maşınlar gecə saatlarına qədər Nyu-Yorkda dövrə vuracaq.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi