Novruz Məmmədov: "Bir milyon azərbaycanlının necə qaçqın olması heç kəsi maraqlandırmır"

Novruz Məmmədov: "Bir milyon azərbaycanlının necə qaçqın olması heç kəsi maraqlandırmır" "Ətraflı yanaşma olmasa beynəlxalq hüquq mümkün deyil"
Qarabağ
6 May , 2017 10:58
Novruz Məmmədov: Bir milyon azərbaycanlının necə qaçqın olması heç kəsi maraqlandırmır
Report.az

Bakı. 6 may. REPORT.AZ/ "Son illər Azərbaycanın həyata keçirdiyi fəaliyyətlər heç bir dövlət tərəfindən edilməyib".

"Report"un məlumatına görə, bunu IV Bakı Beynəlxalq Mədəniyyətlərarası Diqloq Forumu çərçivəsində keçirilən "Mədəniyyətlərarası dialoq yolu ilə sülh münasibətlərinin inkişaf etdirilməsi" adlı paneldə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, son illər qaynar nöqtələrin, terror təşkilatlarının sayı artıb: "Bu niyə belədir? Bu qədər işlər görülür, toplantılar keçirilir. İndi beynəlxalq gərginlik əvvəlki dövrlərdən tam fərqlənir. Bu toplantıların çox böyük əhəmiyyəti var. Amma bunlar üçün münbit şərait yaradılmalıdır. Buna mane olarlarsa, bu tədbirlərin mənası olmayacaq".

N.Məmmədov həmçinin əlavə edib ki, Azərbaycan 1 milyon qaçqın və məcburi köçkünü olmasına baxmayaraq müstəqil dövlət qurub: "Onların necə qaçqın olması heç kəsi maraqlandırmır. Azərbaycanın torpaqları 25 ildən artıq işğal altındadır. Lakin dövlətlər bununla bağlı konkret mövqe bildirmir. 20-30 il əvvəlki sənədlər arxivə qoyulur. Böyük dövlətlər öz aralarında problemləri həll etməyə çalışırlar. Kiçik dövlətlər isə gözləyir ki, sabah, görəsən bir aydan sonra nə baş verəcək. Ətraflı yanaşma olmasa beynəlxalq hüquq mümkün deyil".

Son xəbərlər

Orphus sistemi