Neftçalada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

Neftçalada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib Neftçalada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib.
Qarabağ
6 Oktyabr , 2021 17:01
Neftçalada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib
0 : 00
0 : 00

Neftçalada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Abasallı kəndində keçirilən anım mərasimində Daxili İşlər Nazirliyinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak ediblər.

Mərasim iştirakçıları şəhidin məzarı üstünə çiçəklər düzüb, əziz xatirəsini yad ediblər. Anım tədbirində çıxış edənlər Vətən uğrunda canlarından keçən igid oğullarımızın qəhrəmanlıqlarından danışıb, onların misilsiz hünərlərini xatırladıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Daxili Qoşunların hərbi qulluqçusu, baş gizir Rauf Süleymanov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi