Nazir Vətən müharibəsi və Xocalı soyqırımı haqqında filmlərin çəkilməsindən danışıb

Nazir Vətən müharibəsi və Xocalı soyqırımı haqqında filmlərin çəkilməsindən danışıb “44 günlük müharibə zamanı Azərbaycan Ordusu düşmən tapdağı altında olan torpaqlarımızı azad edib"
Qarabağ
31 Mart , 2021 14:56
Nazir Vətən müharibəsi və Xocalı soyqırımı haqqında filmlərin çəkilməsindən danışıb
Anar Kərimov

“44 günlük müharibə zamanı Azərbaycan Ordusu düşmən tapdağı altında olan torpaqlarımızı azad edib. Bütün dünya və ermənilər bilsin ki, artıq bundan sonra Azərbaycana qarşı təcavüz törədə bilməyəcəklər, belə hallar arxada qalıb”.

“Report”un xəbərinə görə, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

“Biz çox şad və qürurluyuq ki, 103 il bundan öncəki qurbanlarımızın, Birinci Qarabağ müharibəsindəki şəhidlərimizin, Xocalı soyqırımının qisası alınıb. Əminəm ki, Ermənistan və ermənilərin törətdikləri cinayətlərin qurbanı olan azərbaycanlıların ruhu şaddır”, - nazir bildirib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi və Xocalı soyqırımı haqqında filmlərin çəkilməsi planlaşıdırlır: “Bizim bu yaxınlarda Türkiyəyə səfərimiz olmuşdu. Səfər zamanı biz bu fikirləri və layihələri müzakirə etdik. Gələcəkdə birgə layihələrimiz həyata keçiriləcək”.

Son xəbərlər

Orphus sistemi