Nazir müavini: "Ermənistanla heç bir qeyd-şərt olmadan delimitasiya prosesinə başlamağa hazırıq"

Nazir müavini: "Ermənistanla heç bir qeyd-şərt olmadan delimitasiya prosesinə başlamağa hazırıq" "Ermənistanla heç bir qeyd-şərt olmadan sərhədlərin delimitasiyası prosesinə başlamağa hazırıq".
Qarabağ
263
11 Mart , 2022 19:25
Nazir müavini: Ermənistanla heç bir qeyd-şərt olmadan delimitasiya prosesinə başlamağa hazırıq

"Ermənistanla heç bir qeyd-şərt olmadan sərhədlərin delimitasiyası prosesinə başlamağa hazırıq".

"Report"un xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Azərbaycan hökumətinin bununla bağlı mövqeyi məlumdur. Buna paralel olaraq iki ölkə arasında münasibətlərin bərpası və digər sahələrdə əlaqələr qurula bilər. 3+3 formatı bölgədə sabitliyin bərpası üçün işə düşüb. Azərbaycan tərəfi buna öz töhfəsini verir və verməkdədir. Təbii ki, bütün bunlar Ermənistan hakimiyyətinin siyasi iradəsindən asılıdır. Siyasi iradə göstərsələr, biz münaqişə tarixinin səhifəsini bağlamağa hazırıq. Gələcəkdə sülh müqaviləsinin bağlanması da bundan asılıdır. Erməni xalqı da sülh istəyir. Lakin bunun həyata keçirilməsi üçün dediyim kimi, siyasi iradə olmalıdır", - nazir müavini bildirib.

Onun sözlərinə görə, atəşkəs prinsipinə tamamilə riayət olunmalıdır:

"Kommunikasiyaların açılması, üçtərəfli bəyanatların tam və davamlı şəkildə yerinə yetirilməsinin tərəfdarıyıq. Əgər bunlar baş vermirsə, münasibətlərin normallaşmasında ləngimələr olacaq. Naxçıvana avtomobil və dəmir yolunun açılması istiqamətində işlər görülməlidir".

Son xəbərlər

Orphus sistemi