Nazir: "Ermənistan ilə Azərbaycan arasında hərbi balans son illər ərzində bizim xeyrimizə dəyişib"

Nazir: "Ermənistan ilə Azərbaycan arasında hərbi balans son illər ərzində bizim xeyrimizə dəyişib" Bakı. 22 iyun. REPORT.AZ/ Son illər ərzində hərbi potensialımız xeyli dərəcədə artaraq Ermənistan ilə Azərbaycan arasında hərbi balansı bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib.
Qarabağ
22 iyun 2018 08:28
Nazir: Ermənistan ilə Azərbaycan arasında hərbi balans son illər ərzində bizim xeyrimizə dəyişib
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ "Son illər ərzində hərbi potensialımız xeyli dərəcədə artaraq Ermənistan ilə Azərbaycan arasında hərbi balansı bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib".

"Report"un məlumatına görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.

O vurğulayıb ki, məhz 2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə Orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub: "Qeyd etdiyim hər iki tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün olduğunu əyani şəkildə sübut etdi".     

Son xəbərlər

Orphus sistemi