NATO baş katibi: "Qarabağ münaqişəsinin bütün tərəflərini gərginliyi azaltmağa çağırırıq"

NATO baş katibi: "Qarabağ münaqişəsinin bütün tərəflərini gərginliyi azaltmağa çağırırıq" "NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır"
Qarabağ
8 İyul , 2016 13:06
NATO baş katibi: Qarabağ münaqişəsinin bütün tərəflərini gərginliyi azaltmağa çağırırıq

Bakı. 8 iyul. REPORT.AZ/ "Qarabağ münaqişəsinin bütün tərəflərini gərginliyi azaltmağa, zorakılıqdan imtina etməyə və məsələnin sülh yolu ilə həllini tapması üçün işləri davam etdirməyə çağırırıq.

"Report" xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Varşavada jurnalistlərə açıqlamasında deyib.

Baş katib vurğulayıb ki, NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır.

O, həmçinin bu məsələnin NATO-nun Varşava sammitinin kommünikesində əksini tapacağına ümidvar olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi