Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları yaradılıb

Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları yaradılıb Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların nəzdində dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılıb.
Qarabağ
3829
29 Oktyabr , 2020 18:00
Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları yaradılıb
İlham Əliyev

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların nəzdində dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılıb.

"Report"un xəbərinə görə, Prezident İlham Əliyevin fərmanına əsasən, əməliyyat qərargahına aşağıdakı qurumlar daxil edilib:

1. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

7. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;

8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;

9. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik;

10. müvafiq yerli icra hakimiyyəti orqanları.

Son xəbərlər

Orphus sistemi