Müdafiə Nazirliyi Ermənistan mətbuatının atışma ilə bağlı xəbərinə münasibət bildirib

Müdafiə Nazirliyi Ermənistan mətbuatının atışma ilə bağlı xəbərinə münasibət bildirib Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun ön xətt mövqelərində atışma baş verməsi barədə yaydığı xəbərə münasibət bildirib.
Qarabağ
161
27 Dekabr , 2018 10:42
Müdafiə Nazirliyi Ermənistan mətbuatının atışma ilə bağlı xəbərinə münasibət bildirib

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun ön xətt mövqelərində atışma baş verməsi barədə yaydığı xəbərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu, Ermənistan tərəfinin öz ordusundakı baş verən xaos, intizamsızlıq və özbaşınalıq hallarını gizlətmək, o cümlədən dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində mülki vətəndaşlarımızı atəşə tutmasından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa hesablanmış ucuz təbliğatıdır: “Bildiririk ki, Azərbaycan Ordusunun mövqelərində heç bir hadisə baş verməyib və bölmələrimiz əməliyyat şəraitinə nəzarət edir”.

Son xəbərlər

Orphus sistemi