Müdafiə Nazirliyi: Yolu azan Azərbaycan əsgəri ermənilər tərəfindən vurulub

Müdafiə Nazirliyi: Yolu azan Azərbaycan əsgəri ermənilər tərəfindən vurulub Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.
Qarabağ
413
23 Sentyabr , 2019 11:22
Müdafiə Nazirliyi: Yolu azan Azərbaycan əsgəri ermənilər tərəfindən vurulub

Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyyəsini təmin etmək məqsədi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

"Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır", - Azərbaycan Müdafiə Nazirliyinən bildirilib. 

Son xəbərlər

Orphus sistemi