Müdafiə Nazirliyi: Yaylım atəşli reaktiv sistemlərimizin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir

Müdafiə Nazirliyi: Yaylım atəşli reaktiv sistemlərimizin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir Oktyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin vurulması barədə videogörüntülər yayıb.
Qarabağ
29 Oktyabr , 2020 13:06
Müdafiə Nazirliyi: Yaylım atəşli reaktiv sistemlərimizin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir
0 : 00
0 : 00

Oktyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin vurulması barədə videogörüntülər yayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, təqdim edilən video saxtadır və harada çəkildiyi məlum deyil. Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sistemlərinin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir", - məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi