Müdafiə Nazirliyi: Düşmən yeni yollar çəkməyə məcbur qalır

Müdafiə Nazirliyi: Düşmən yeni yollar çəkməyə məcbur qalır Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb.
Qarabağ
1315
11 İyun , 2020 20:13
Müdafiə Nazirliyi: Düşmən yeni yollar çəkməyə məcbur qalır

Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb.

"Report"un məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilib.

Bildirilib ki, strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir. Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir.

Son xəbərlər

Orphus sistemi