Müdafiə Nazirliyi: Ermənilərin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb

Müdafiə Nazirliyi: Ermənilərin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb ​Panikada olan düşmən silah-sursatını ataraq mövqelərini qoyub qaçır
Qarabağ
605
4 Aprel , 2016 16:14
Müdafiə Nazirliyi: Ermənilərin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb

Panikada olan düşmən silah-sursatını ataraq mövqelərini qoyub qaçır

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır, panikada olan düşmən geri çəkilir.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verilib.

"Son saatlar ərzində birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb. Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir", - deyə nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi