Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətə dair məlumat yayıb

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətə dair məlumat yayıb "Bütün cəbhə boyu vəziyyət gərgin sabit olaraq qalır"
Qarabağ
451
6 Aprel , 2016 08:31
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətə dair məlumat yayıb

"Bütün cəbhə boyu vəziyyət gərgin sabit olaraq qalır"

Bakı. 6 aprel. REPORT.AZ/ Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Azərbaycan Silahlı Qüvvələri tərəfindən ciddi surətdə riayət edilir.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Ordumuzun bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirləri həyata keçirir.

Ermənistan tərəfinin dünən saat 12.00-dan sonra atəşkəs razılaşmasının Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə pozulması barədə yaydığı məlumatların da heç bir əsası yoxdur", - məlumatda bildirilib.

Müdafiə Nazirliyi bildirir ki, bu kimi xəbərlərin yayılması erməni tərəfinin atəşkəs rejimini pozmaqla törədəcəyi növbəti təxribatlara zəmin yaratmaq və baş verə biləcək hadisələrə görə məsuliyyəti əvvəlcədən Azərbaycan tərəfinin üzərinə atmaq məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi