Müdafiə Nazirliyi: “Azərbaycan xüsusi təyinatlılarının məhv edilməsi barədə məlumat yalandır”

Müdafiə Nazirliyi: “Azərbaycan xüsusi təyinatlılarının məhv edilməsi barədə məlumat yalandır” Ermənistan tərəfinin guya Azərbaycan xüsusi təyinatlılarının böyük bir bölməsinin məhv edilməsi barədə yaydığı məlumat bu ölkənin müdafiə nazirliyinin nümayəndələrinin narahat gecə yuxularının məhsuludur. Düşmənin yaydığı müxtəlif növ dezinformasiyalar d
Qarabağ
23 Oktyabr , 2020 21:45
Müdafiə Nazirliyi: “Azərbaycan xüsusi təyinatlılarının məhv edilməsi barədə məlumat yalandır”

Ermənistan tərəfinin guya Azərbaycan xüsusi təyinatlılarının böyük bir bölməsinin məhv edilməsi barədə yaydığı məlumat bu ölkənin müdafiə nazirliyinin nümayəndələrinin narahat gecə yuxularının məhsuludur.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, düşmənin yaydığı müxtəlif növ dezinformasiyalar döyüşlər zamanı aldığı zərbələrin təsirinə mütənasib olaraq dəyişir.

"Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib. Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib. Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq" deyə, məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi