Müdafiə naziri: "Ordumuz şəhidlərin qisasını alacaq"

Müdafiə naziri: "Ordumuz şəhidlərin qisasını alacaq" "Azərbaycan ordusunda döyüş ruhu var"
Qarabağ
11 Aprel , 2016 11:20
Müdafiə naziri: Ordumuz şəhidlərin qisasını alacaq

Bakı. 11 aprel. REPORT.AZ/ "Biz həqiqəti deməliyik. Yüz illər boyu ermənilər azərbaycanlılara qarşı cinayətlər törədiblər. Biz bunun qarşısını almalıyıq".

"Report"un xəbərinə görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən şəhid olan pilotlar - mayor Təbriz Musazadə, mayor Ürfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Silahlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimində çıxışında deyib.

"Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan ordusunda döyüş ruhu var. İnanıram ki, ordumuz şəhidlərin qisasını alacaq, ərazi bütövlüyümüzü bərpa edəcəklər", - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi