​Azərbaycanın müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hissədə toplantı keçirib

​Azərbaycanın müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hissədə toplantı keçirib Nazir döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib
Qarabağ
28 Fevral , 2015 14:46
​Azərbaycanın müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hissədə toplantı keçirib

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissədə olub və nazirliyin rəhbərliyinin iştirakı ilə komandir heyəti ilə toplantı keçirib. Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, toplantıda birlik, birləşmə, hərbi hissə komandirləri və qərargah rəisləri iştirak ediblər.

Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlər müzakirə edilib.

Müdafiə naziri tərəfindən döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi