Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın dini liderlərinin görüşü baş tutacaq

Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın dini liderlərinin görüşü baş tutacaq Görüş iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər
Qarabağ
28 Avqust , 2017 12:37
Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın dini liderlərinin görüşü baş tutacaq

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri sentyabrın 8-də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüş keçirməyi planlaşdırırlar.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ermənistan apostol kilsəsinin mətbuat xidmətinin rəhbəri Ter Vaqram Melikyan bildirib.

"İlkin məlumatlara görə, görüş sentyabrın 8-də Moskvada keçiriləcək", - o deyib.

Görüş iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi