Moskva. 28 aprel. REPORT.AZ/ Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb.
Bu barədə "Report"un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat veriblər.
Yaxın zamanda görüşün yekunlarına dair bəyanat təqdim olunacaq.
***12:52
Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrov arasında görüş keçirilir.
"Report"un Rusiya bürosunun məlumatına görə, görüş zamanı nazirlər Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.
Qeyd edək ki, görüş bağlı qapılar arxasında keçirilir.
Görüşdə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edirlər.