Moldovanın baş naziri: Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir

Moldovanın baş naziri: Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir Pavel Filip Avropa Şurasını münaqişənin həlli istiqamətində səylərini daha da gücləndirməyə çağırıb
Qarabağ
119
26 İyun , 2017 20:43
Moldovanın baş naziri: Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir
Courtesy İmage

Strasburq. 26 iyun. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir.

"Report"un Fransa bürosu xəbər verirki, bunu Moldovanın baş naziri Pavel Filip Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxışı zamanı deyib.

Münaqişələrin ölkələrin inkişafına mənfi təsir göstərdiyini bildirən baş nazir, Avropa Şurasını onların həlli istiqamətində səylərini daha da gücləndirməyə, bu istiqamətdə dialoqlar təşkil etməyə çağırıb.

Pavel Filip Gürcüstan və Ukraynadakı münaqişələrlə yanaşı Dağlıq Qarabağ probleminə də toxunaraq bu münaqişələri dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipi əsasında həll etməyin vacibliyini sessiya iştirakçılarının diqqətinə çatdırıb.

Son xəbərlər

Orphus sistemi