Zöhrab Mnatsakanyan: "Dağlıq Qarabağla bağlı görüşləri davam etdirmək əzmindəyik"

Zöhrab Mnatsakanyan: "Dağlıq Qarabağla bağlı görüşləri davam etdirmək əzmindəyik" Ermənistanla Azərbaycan xarici işlər nazirləri arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüşlər davam edəcək
Qarabağ
28 Oktyabr , 2019 14:34
Zöhrab Mnatsakanyan: Dağlıq Qarabağla bağlı görüşləri davam etdirmək əzmindəyik

"Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycan ilə Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş yaxın aylarda keçiriləcək".

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Yerevanda bolqarıstanlı həmkarı Yekaterina Zaxariyeva ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“XİN başçıları səviyyəsində görüşlərimizin davam etdirilməsi nəzərdə tutulur. Növbəti görüş yaxın aylarda keçiriləcək. Biz aramızdakı görüşləri davam etdirmək əzmindəyik. Bu görüşlər iki ölkə başçıları səviyyəsindəki görüşün təməlidir”, – ermənistanlı nazir deyib.

Onun sözlərinə görə, görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, son vaxtlar əldə edilən razılaşmaları həyata keçirmək üçün konkret addımlarla bağlı məsələlər müzakirə olunur.

“Yaxın vaxtlarda razılaşmaların həyata keçirilməsinə təkan verən addım atacağımıza ümidvaram. Hələlik kağız üzərində tərtib olunan düsturlara dair danışıqlar aparmırıq. Lakin, bu, tərəflərin öhdəliklərinin mütənasib olması üçün zəruri prinsip və göstəricilər üzərində çalışmadığımız demək deyil”, – Ermənistanın XİN başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi