Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqəsini atəşə tutub

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqəsini atəşə tutub Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib
Qarabağ
6 Aprel , 2017 15:51
Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqəsini atəşə tutub

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur

Bakı. 6 aprel. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

Son xəbərlər

Orphus sistemi