MN: ​Erməni silahlı bölmələri beynəlxalq konvensiyaların qadağan etdiyi sursatlardan istifadə etməyə başlayıb

MN: ​Erməni silahlı bölmələri beynəlxalq konvensiyaların qadağan etdiyi sursatlardan istifadə etməyə başlayıb “Bütün məsuliyyət hər zaman olduğu kimi yenə də Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür”
Qarabağ
27 Aprel , 2016 10:10
MN: ​Erməni silahlı bölmələri beynəlxalq konvensiyaların qadağan etdiyi sursatlardan istifadə etməyə başlayıb

Bakı. 27 aprel. REPORT.AZ/ Cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub.

Bildiririk ki, cəbhə xəttində təxribatlar törətməklə düşmən Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etməyə çalışır. Bu cür hadisələr zamanı baş verənlərə görə bütün məsuliyyət hər zaman olduğu kimi yenə də Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür”, - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi