​Misirdə Qarabağ mövzusunda doktorluq dissertasiyası müdafiə olunub - FOTO

​Misirdə Qarabağ mövzusunda doktorluq dissertasiyası müdafiə olunub - FOTO Doktorantın elmi rəhbərlərindən biri Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydidir
Qarabağ
3 Aprel , 2015 14:02
​Misirdə Qarabağ mövzusunda doktorluq dissertasiyası müdafiə olunub - FOTO

Bakı. 3 aprel. REPORT.AZ/ Misirin paytaxtı Qahirədə yerləşən Eyn əş Şəms Universitetində “Müstəqillik dövrü Azərbaycan hekayələrində Qarabağ probleminin təcəssümü (1991-2010)” mövzusunda doktorluq dissertasiyası müdafiə olunub. 

Misir Mədəniyyət Mərkəzindən “Report”a verilən məlumata görə, universitetin Türk dili və ədəbiyyatı bölməsinin doktorantı Ayişə Əbdülvahidin müdafiəyə təqdim etdiyi dissertasiya işində müstəqillik dövründə Dağlıq Qarabağ probleminə həsr olunmuş 50-dən artıq hekayə tədqiqata cəlb olunub. 

300 səhifədən ibarət olan dissertasiyada Qarabağ problemi tarixi, siyasi, ictimai, iqtisadi və kulturoloji konteksdə canlandırılıb, bəhs olunan dövrdə bu mövzuya həsr edilmiş hekayələr ideya-məzmun, problematika və bədii sənətkarlıq baxımından araşdırılıb. Doktorantın elmi rəhbəri Eyn əş Şəms Universitetinin professoru Azza İssavi və Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydidir.

Son xəbərlər

Orphus sistemi