Minsk qrupunun həmsədrləri ATƏT sədrini Qarabağ münaqişəsinin danışıqları ilə bağlı məlumatlandırıblar

Minsk qrupunun həmsədrləri ATƏT sədrini Qarabağ münaqişəsinin danışıqları ilə bağlı məlumatlandırıblar Vasitəçilər Parisdə sammitə hazırlıq haqqında məlumat veriblər
Qarabağ
26 Sentyabr , 2014 09:55
Minsk qrupunun həmsədrləri ATƏT sədrini Qarabağ münaqişəsinin danışıqları ilə bağlı məlumatlandırıblar

Bakı. 26 sentyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri təşkilatın fəaliyyətdə olan sədri Didye Burqxalter ilə Nyu-Yorkda görüş keçiriblər.

ATƏT-in mətbuat xidmətindən "Report"a bildirilib ki, vasitəçilər D.Burqxalterə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların gedişi ilə bağlı məlumat veriblər. 

Xüsusilə, həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinə Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə və Uelsdə keçirilən görüşləri, eləcə də Parisdə keçiriləcək yüksək səviyyəli görüşə hazırlıq haqqında məlumatları təqdim ediblər. 

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin görüşü oktyabr ayının sonlarına planlaşdırılıb. Görüşdən əvvəl vasitəçilər regiona növbəti dəfə gedəcəklər.

Son xəbərlər

Orphus sistemi